Lənkəran çimərlikləri Giriş qiymətləri qalxıb, xidmət səviyyəsi necə?
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu il yay fəsli daxil olandan hava şəraiti qeyri-sabit keçdiyi üçün çimərliyə gedənlər demək olar ki, olmadı. Lakin bir neçə gündür ki, əsl çimərlik havası var və dənizə üz tutanların sayı-hesabı yoxdur. Ölkəmizin əsasən cənub rayonlarının sakinlərinin istifadə etdiyi çimərliklər Lənkəran ərazisində yerləşir.
Oxu.Az buradakı çimərliklərin vəziyyəti ilə maraqlanıb.
Sakinlərin sözlərinə görə, bu il çimərliklərə giriş qiymətləri iki dəfə bahalaşıb:
"Ötən il giriş bir nəfər üçün bir manat təşkil edirdisə, bu qiymət bu il iki manatdır. Bu qiymətə yalnız boş stol-stul daxildir. Həmçinin bu il özümüzlə qarpız, yemiş və samovar gətirə bilmərik. Onları girişə qoyub, çimərliyə girməliyik. Bunu nəzarətçilər ətrafın zibilənməsi ilə əlaqələndirirlər", - deyə sakinlər qeyd edir.
Sakinlər çimərliklərə gedən yolların keçilməz olmasından da gileylənirlər. Onların sözlərinə görə, yolların təmirsiz olması, nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur.
Qeyd edək ki, əksər Lənkəran çimərliklərinin özəl xüsusiyyəti var. Belə ki, çimərliklər maneələrlə iki hissəyə bölünür: bir tərəfdə ailələr, digər tərəfdə isə ancaq kişilər istirahət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 İyul 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















