Lənkəran ın kapitanı: Deməzdim ki, bu bizim üçün çox fərq edəcək
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"NTD yaxşı komandadır. Onlar hər oyuna qələbə qazanmaq üçün çıxırlar. Güclü məşqçi heyəti var. Rəqib sona qədər döyüşəcək". Sport24.az xəbər verir ki, bunu "Lənkəran"ın kapitanı Rəşid Abbasov basketbol üzrə Azərbaycan Kubokunun 1/8 finalında NTD-yə qarşı oynayacaqları matçla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, sabiq komandasının yaxşı heyətə malik olduğunu da vurğulayıb:
"Onların Əkbər Məmmədov kimi dəyərli yerli oyunçusu var. Mövsümün əvvəlində NTD-nin vəziyyəti elə də yaxşı deyildi. Hazırda heyətləri tam dəyişib. Kluba yeni legionerlər qoşulub. Daha güclü olublar. Amma deməzdim ki, bu bizim üçün çox fərq edəcək. Çünki hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Çətin olacaq. Amma inanıram ki, qalib gələ bilərik. Kubok 3+2 sistemi ilə oynanıldığı üçün hər bir matçda qələbə şansı var".
Qeyd edək ki, "Lənkəran" - NTD matçı yanvarın 28-də, saat 14:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















