Icma.az
close
up
RU
Lənkərana yağan intensiv yağışlar nəticəsində bəzi əraziləri su basdı FOTO

Lənkərana yağan intensiv yağışlar nəticəsində bəzi əraziləri su basdı FOTO

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lənkəranda fevralın 5-i axşam saatlarından davam edən yağışlı hava şəraiti fevralın 6-da da davam edib.

Teleqraf.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Lənkəran-Astara zonasında intensiv leysan yağışlar yağıb və yağıntının miqdarı Lənkəranda 133 mm-dək olub.

Kəskin hava şəraiti ilə bağlı Lənkəran rayonu ərazisindəki bir sıra çaylardan sel keçib, bir sıra fərdi yaşayış evlərini və təsərrüfat sahələrini sel basıb.

İntensiv yağan leysan yağışları nəticəsində suötürücü kollektor və kanalların həcmi və ötürücülük qabiliyyəti texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün rayonun bəzi ərazilərində qısa müddətli subasma halları müşahidə edilib.
Qeyd edək ki, hava şəraitinin kəskinləşməsi ilə bağlı Lənkəran rayon Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Rayonun subasma halları müşahidə olunan ərazilərində aidiyyəti qurumlarla birgə işlər aparılır. Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin ağır texnikaları ərazilərə cəlb edilib, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin işçi qüvvəsi səfərbər olub, mərkəzin xilasediciləri tərəfindən bir neçə ailənin üzvü təxliyyə edilib.
Bununla belə, subasma halları müşahidə olunan ərazilərdə gündəlik tələbat mallarının tədarükü tam şəkildə təmin edilib, rayon ərazisində qazın, işığın və elektrik enerjisinin verilişində heç bir problem yaranmayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov da subasma halları müşahidə olunan ərazilərə baş çəkib, işlərin gedişatı ilə maraqlanıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Hazırda rayonun bütün aidiyyəti idarələri koordinasiyalı şəkildə bu istiqamətdə fəaliyyətini davam etdirir.

Teleqraf.com-un cənub bürosunun müxbiri yaşğışın intensiv düşdüyü Lənkəran rayonunun Girdəni kəndində olub.

Kənd sakini Əhliman Əskərov yağışın kənddə yaratdığı fəsadlar barədə məlumat verib.
"Bu ərazi Girdəni kənd təzə məhəllə adlanır. Bu məhəllədə təxminən 20-ə yaxın evlər var. Burada, həmçinin fermalar da mövcuddur. Dünən axşamdan leysan yağmağa başladı, əraziyə yaxın Ləkər çayında suyun səviyyəsi qalxdı. Çay qalxan kimi məhəllə sakinləri hamısı evlərini tərk edib bir az aralıda qohumlarının evinə gediblər. Mən də gərək indi kəndə gedəm, evdə toyuq-cücə, mal-qaranın hamısını kəndə aparmışam. Şükür Allaha, FHN əməkdaşları gəlib köməklik göstərdilər. Həyətlərini su basmış sakinləri təxliyə edirlər. Bu dəqiqəyə qədər 6-7 ailəni çıxara biliblər". Qeyd edək ki, sözügedən ərazidə həyətlərdə 70-90 sm hündürıüyündə su var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Fevral 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri