Lənkəranda ağır qəza: 25 yaşlı gənc öldü, sürücünün vəziyyəti ağırdır
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Masallı rayonunun Mahmudavar kənd sakini Sultan İlkin oğlu Hacıyev "Hyundai Sonata" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı rabitə dirəyinə, daha sonra körpünün dəmir konstruksiyasına çırpılıb. Maşın təxminən 20 metr hündürlükdən çaya aşıb.
Qəza nəticəsində sərnişin, Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ətrafdakı insanların köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin Ümid Möhübbətov aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada ölüb. Sürücünün vəziyyətinin isə ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Oğuzda ağır qəza 25 yaşlı gənc öldü
03 May 2025 09:12
Ağsuda 25 yaşlı gənc qəza törətdi: Vəziyyəti ağırdır
25 Yanvar 2025 08:35
Lənkəranda ağır qəza nəticəsində 20 yaşlı sürücü öldü KONKRET
08 İyul 2025 09:04
Lənkəranda faciə: Yaralının vəziyyəti ağırdır
15 Avqust 2025 17:08
Lənkəranda maşın 4 yaşlı uşağı vurub, vəziyyəti ağırdır
26 Mart 2026 16:04
Baxış sayı:148
Bu xəbər 16 Mart 2026 09:21 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları