Icma.az
close
up
RU
Lənkəranda Arıçılıq Muzeyinin açılışı olub

Lənkəranda Arıçılıq Muzeyinin açılışı olub

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran rayonunda Arıçılıq Muzeyinin açılışı olub.

XQ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki,  tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev, Aqrar Tədarük və Təchizat ASC İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, fermerlər, arıçılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Arıçılıq Muzeyində yaradılan şərait və görülmüş işlərlə yaxından tanış olublar. Bildirilib ki, “Şəhərdən Kəndə” layihəsi kənd turizminin inkişafına, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların tanıdılmasına, yerli istehsalçıların dəstəklənməsinə və regionların iqtisadi potensialının artırılmasına mühüm töhfə verir. Qeyd olunub ki, layihə çərçivəsində dəstəklənən təsərrüfatlar kənd həyatını, ənənəvi peşələri və yerli məhsulları daha geniş auditoriyaya təqdim etməklə aqroturizmin inkişafında əhəmiyyətli rol oynayırlar.

Daha sonra arıçı Siyavuş Yaqubov arıçılıq fəaliyyəti, arıların ekosistemdə rolu və Arıçılıq Muzeyinin yaradılmasının məqsədi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, muzeyin əsas məqsədi Azərbaycanda arıçılıq ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi, bu sahənin təbliği, ziyarətçilərin maarifləndirilməsidir. Muzeydə arıçılıq tarixini və bal istehsalı prosesini nümayiş etdirən nümunələr və məlumatlandırıcı guşələr yer alır.

Daha sonra qonaqlar təsərrüfatın həyətyanı sahəsinə baxış keçirib, arı yeşikləri və arıterapiya evi ilə tanış olublar.

Tədbirdə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən hazırlanan aşbazlıq və qənnadı məhsulları nümunələri nümayiş etdirilib. Mədəni proqram çərçivəsində “Nənələr” folklor qrupu tərəfindən musiqili çıxışlar olub.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri