Lənkəranda avtomobillər toqquşdu: Yaralıları üç təcili yardım avtomobili daşıdı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Lənkəran rayonunda avtomobillər toqquşub, beş nəfər xəsarət alıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, VAZ-21015 markalı avtomobilin VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində maşınlarda olan beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar üç təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara ilkin zəruri tibbi yardım göstərilərək müvafiq şöbələrə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.





Lənkəranda təcili yardım avtomobili qəzaya uğradı
29 Noyabr 2024 09:09
Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb
29 Noyabr 2024 00:38
Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı
29 Noyabr 2024 00:38
Lənkəranda təcili yardım avtomobili qəzaya düşüb, yaralılar var
27 Noyabr 2024 01:43

