Icma.az
close
up
RU
Lənkəranda “Azərişıq” ASC nin yubiley konsert proqramı keçirildi FOTOLAR

Lənkəranda “Azərişıq” ASC nin yubiley konsert proqramı keçirildi FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Fevralın 14-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Azərişıq” ASC 10 fevral – qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar yubiley- konsert proqramı keçirilib. 

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və “Azərişıq” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra başçısı Taleh Qaraşov, “Azərişıq” ASC sədrinin baş müşaviri Xalid Təhməzov, “Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elgün Məmmədov və rayon ictimaiyyəti iştirak ediblər. 

Tədbir iştirakçıları Lənkəran şəhər Mədəniyyət Mərkəzinin foyesində qurumun fəaliyyətindən bəhs edən “Azərişıq - işıqlı 10 il” başlıqlı fotosərgi ilə tanış olublar. 
Dövlət Himninin səsləndərilməsindən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra  “Azərişıq” ASC-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov çıxışında bildirib ki, enerji siyasətimizin əsası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə elektrik enerjisi sisteminin inkişafı daim prioritet məsələlər sırasındaolub, bu sistemin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi fəaliyyəti nəticəsində, ölkəmiz nəinki elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödənilməsini təmin edib eyni zamanda elektrik enerjisi ixrac edən respublikaya çevrilib. İcra başçısı bildirib ki, cənab Prezident  İlham Əliyev tərəfindən sözügedən strateji xətt uğurla davam etdirilərək, elektroenergetika sisteminin müasir çağırışlar və beynəlxalq tələblər səviyyəsində qurulması üçün bu gün də davamlı və ardıcıl islahatlar həyata keçirilir.

“Azərişıq” ASC sədrinin müşaviri Xalid Təhməzov bildirib ki, təmsil etdiyi qurum tərəfindən öz üzərinə düşən missiyanın layiqincə yerinə yetirilməsi məqsədilə ölkənin bütün ərazilərində genişmiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilir, şəbəkə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl və innovativ texnologiyaların tətbiq edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. ASC sədrinin müşaviri qeyd edib ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən göstərilən xidmətlərin keyfiyyəti mütəmadi olaraq yüksəldilir, proseslərin məsafədən koordinasiya olunması, dayanıqlı və operativ əlaqənin təşkili üçün müasir texnologiyalar tətbiq olunmaqla “Çağrı mərkəzi” yenidən qurulmuş və abonent sorğuları qısa müddətdə cavablandırılır.
“Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elgün Məmmədov isə çıxışında qeyd edib ki, istismar müddəti bitmiş avadanlıqlar texniki baxımdan daha müasir və güclü avadanlıqlarla yenilənir, yeni yarımstansiyalar tikilir, uzun müddət istismarda olan naqil və açıq tipli hava xətləri yeni müasir tipli izolyasiyalı naqillər ilə əvəz olunur. İdarə rəisinin sözlərinə görə, hazırda region üzrə 25 kəndin elektrik təsərrüfatında yenidənqurma işləri davam etdirilir. 44 kəndin elektrik təsərrüfatında yenidən qurma işlərinin aparılması nəzərdə tutulub. 

Daha sonra şəhid Şəhriyar Həbibinin anası Təranə Həbibova çıxış edib. Şəhid anası dövlətin hər zaman qayğısını və diqqətini hiss etdiklərini bildirib, buna görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. 

Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı keçirilib. 
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Fevral 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri