Lənkəranda balıqçının faciəli ölümünün TƏFƏRRÜATI: Ad gününə gedibmiş
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəranın Aşağı Nüvədi kəndində bədbəxt hadisə baş verib. 59 yaşlı Məmməd Quliyev balıq tutmaq məqsədi ilə Xəzər dənizinin Lənkəran sahilinə gedib.
Baku TV-nin məlumatına görə, onun dənizdə boğularaq öldüyü bildirilir.
"Həvəskar balıqçı idi. Dəniz geri çəkilib, sahil palçıqlı olub, ayağı ilişib yıxılıb. Dənizə tək girib, evdəkilər gördülər ki, çıxmır. 15-20 dəqiqə sonra üzə çıxdı. Qardaşım uşağının ad gününə gəlmişdi", - deyə mərhumun qohumu qeyd edib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Neftçi Füzuli Paşayevin faciəli ölümünün TƏFƏRRÜATI
17 Aprel 2025 23:44
Bakıda tanınmış müğənninin faciəli ölümünün TƏFƏRRÜATI
31 Oktyabr 2025 11:34
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
09 Avqust 2025 18:38
Beş yaşlı Onurun faciəli ölümünün TƏFƏRRÜATI VİDEO
02 İyun 2026 21:04
Zəng edib dedilər ki, qardaşın dənizdə boğulub : Neftçalada balıqçının faciəli ölümünün TƏFƏRRÜATI
30 Yanvar 2026 23:57
Baxış sayı:251
Bu xəbər 17 Fevral 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















