Lənkəranda çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs EDİLDİ
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbs edilib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan “Vaz 21074” markalı avtomobilin sürücüsü 27 yaşlı Samik Mustafayev saxlayıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə S.Mustafayev sürücülük hüququ bir il məhdudlaşdırılıb və o, 20 gün müddətində inzibati qaydada həbs edilib.
Bundan başqa yol polisi əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılan "Vaz 2106" markalı avtomobilin sürücüsü 57 yaşlı Fizuli Kazımovun isə psixotrop maddədən istifadə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib və o, 15 gün inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















