Icma.az
close
up
RU
Lənkəranda ər arvadına niyə xəsarət yetirib?

Lənkəranda ər arvadına niyə xəsarət yetirib?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Lənkəranda ər-arvad arasında qısqancıq zəminində yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Lənkəran rayonunun Sütəmurdov kəndində baş verib. 
Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü Vüsal kənddə  yerləşən fərdi yaşayış evinin mətbəxində arvadı Qətibə (adlar şərtidir – red.) ilə ailə məişət münasibətləri zəminində, yəni sonuncunun ona xəbər vermədən evdən getməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun dodaq nahiyyəsinə qəsdən yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib, özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olub: “Fərdi əməklə məşğul olaraq ailəmin dolanışığını təmin etməyə çalışıram. Heç kimlə şəxsi ədavətim və düşmənçiliyim yoxdur. Zərərçəkmiş Qətibə mənim arvadımdır. Qətibə ilə 2007-ci ildə ailə həyatı qurmuşam, bizim həmin nigahdan 2 övladımız olub. Qətibə ilə aramızda münasibətlər həmişə yaxşı olub. Lakin son zamanlar Qətibə mənim tapşırıqlarıma əməl  etmir”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, günorta saatlarında Qətibə ona xəbər vermədən yaşadığı evdən gedib və təxminən saat 14 radərərində yaşadığı evə geri qayıdıb: “Qətibədən məndən xəbərsiz niyə evdən getdiyini soruşdum. Qətibə isə kobud şəkildə evə bazarlıq etmək üçün çıxdığını bildird. Əsəbləşib yumruqla onun dodaq nahiyyəsinə bir zərbə vurdum. Daha sonra öz otağıma keçdim”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Qətibənin sözlərinə görə, təqsirləndirilən Vüsal onun əridir: “Vüsal ilə 17 ildir ki, ailə həyatı qurmuşam. Bizim həmin nigahdan 2 övladım olub. Vüsalla evləndiyimiz vaxtdan bəri münasibətlərimiz yaxşı olmayıb. Buna əsas səbəb Vüsalın həddindən artıq qısqanc olmasıdır. Hadisə günü, günorta saatlarında evə əşya almaq üçün yaşadığım evdən çıxdım və saat 14 radələrində yaşadığım evə geri qayıtdım. Vüsal mənə evdən xəbərsiz niyə getdiyimi bildirdi. Mən də Vüsala evə bazarlıq etmək üçün getdiyini bildirdi. Bu zaman Vüsalla aramızda münaqişə yarandı və münaqişə zamanı Vüsal yumruqla dodaq nahiyyəmə bir zərbə vurdu. Daha sonra Vüsal öz otağına keçdi. Bizim aramızda olan münaqişə 2-3 dəqiqə davam etdi və münaqişə zamanı orada kənar şəxs olmayıb”. 
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb.
Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 May 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri