Lənkəranda GÜCLÜ YANĞIN Evlər təhlükə altında FOTO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lənkəran rayonunda geniş ərazini əhatə edən yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində rayonun 1 saylı Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, yanğın nəticəsində təxminən 30–50 hektar ərazidə quru ot və kol-kos yanır. Güclü külək alovun ərazi üzrə sürətlə yayılmasına şərait yaradıb.
Yanğının qarşısının alınması məqsədilə Lənkəran şəhəri və Liman qəsəbəsindən olan yanğınsöndürmə qüvvələrinə Masallı rayonundan əlavə texnika və canlı qüvvə də qoşulub.
Yanğının yaşayış massivinə doğru irəlilədiyi bildirilir. Hazırda alovla evlər arasında məsafənin təxminən 15 metr olduğu qeyd olunur.
Hadisə yerindən qalxan sıx tüstü ətraf ərazilərdən də aydın görünür.
Hazırda yanğının nəzarətə götürülməsi və yaşayış evlərinin alovdan qorunması üçün operativ tədbirlər görülür.

Sabutay, Bizim.Media, Cənub bürosu
Baxış sayı:86
Bu xəbər 13 Avqust 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















