Lənkəranda “Hədəf 130/80” layihəsinin təqdimatı keçirilib FOTOLAR
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Yanvarın 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi və “Servye Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə “Hədəf 130/80” layihəsinin təqdimatı keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov çıxış edib. İcra başçısı bildirib ki, ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi dövlətin daim diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin sosial dövlət quruculuğu sahəsində insan amilini önə çəkməsi özünü səhiyyə sistemində də qabarıq şəkildə büruzə verir. “Hər bir dövlətin gücü onun vətəndaşlarının sağlamlığı ilə ölçülür. Sağlam cəmiyyət isə yalnız güclü və düşünülmüş dövlət siyasəti nəticəsində formalaşa bilər” deyən Taleh Qaraşov qeyd edib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İcbari tibbi sığorta sisteminin tətbiqi sayəsində hər bir vətəndaş maddi imkanından asılı olmayaraq keyfiyyətli tibbi xidmət ala bilir, bu gün artıq milyonlarla insan onlarla tibbi xidmətdən ödənişsiz şəkildə istifadə edir, mürəkkəb əməliyyatlar və müayinələr dövlət hesabına həyata keçirilir. Bu islahat faktiki olaraq Azərbaycanda səhiyyənin sosial ədalət prinsipləri əsasında qurulmasına xidmət edir və vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verir.
Daha sonra Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü Ülvi Mirzoyev,
TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı çıxış ediblər. Bildirilib ki, “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsinin qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə böyük əhəmiyyət daşıyır, müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin prioritet vəzifələrindən birinə çevrilib.
Daha sonra layihə çərçivəsində əhali arasında, xəstəxanalarda təbliğat və təşviqat kampaniyasının necə aparılmasına dair metodiki, maarifləndirici və profilaktik tədbirlərin keçirilməsilə bağlı treninq keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















