Lənkəranda İkimərtəbəli ev yandı Ölən var
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lənkəran rayonunda ev yanıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə gecə vaxtı rayonun Aşağı Nüvədi kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini - 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli evdə yanğın olub. Hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın yerində aparılan kəşfiyyat zamanı ev sahibi R.Rəhimovun meyiti aşkar edilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:34
Bu xəbər 02 Fevral 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















