Icma.az
close
up
RU
Lənkəranda kişi əməliyyatdan sonra ölüb Həkim xəstənin bağırsağını deşib?

Lənkəranda kişi əməliyyatdan sonra ölüb Həkim xəstənin bağırsağını deşib?

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lənkəran sakini əməliyyatdan sonra ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına qarında yırtıq səbəbi ilə daxil olan Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Rzayev əməliyyat olunub, daha sonra ölüb.

Həyat yoldaşı Azadə Rzayevanın sözlərinə görə, S. Rzayev elə həmən gün əməliyyat olunub, əməliyyatdan sonra özünü pis hiss edib:

"Ölümə səbəb həkim səhlənkarlığı olub. Öyrəndik ki, əməliyyat edən İshaq həkim yoldaşımın bağırsağını deşib və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Sağ olsunlar, xəstəxananın o biri həkimləri, əllərindən gələni etdilər və 2 gün bundan əvvəl yoldaşımı yenidən əməliyyata saldılar. Artıq gec olduğundan yoldaşımı xilas edə bilmədilər. Əməliyyatdan sonra İshaq doktoru xəstəxanada tapa bilmirik. Yoldaşımın ölümünə o səbəb olub".

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən isə bildirilib ki, oktyabrın 29-da saat 02:15 radələrində qasıq nahiyyəsində kəskin ağrılar, şişkinlik, ürəkbulanma və qusma şikayətləri ilə 1965-ci il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub:

"Ona sol tərəfli boğulmuş iri həcmli qasıq yırtığı diaqnozu təyin edilib, müvafiq tibbi müayinələrdən keçirildikdən sonra təcili qaydada hospitalizasiya olunaraq əməliyyat blokuna alınıb. Cərrahi müdaxilədən sonra pasiyentin vəziyyəti əməliyyata adekvat qiymətləndirilmiş və müsbət dinamika müşahidə edilib. Lakin noyabrın 1-də xəstənin vəziyyəti qəflətən pisləşdiyi üçün yenidən cərrahi əməliyyata alınmış və xəstəyə sol tərəfli hemikolektomiya, stomanın qoyulması proseduru icra edilib.

Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin aparılan bütün reanimasiya tədbirlərlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq noyabrın 4-də saat 07:30 radələrində bioloji ölüm faktı qeydə alınıb. Meyit məhkəmə-tibbi ekspertizası aparılması üçün müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see181

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see173

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see173

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see165

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see161

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see157

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see149

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see138

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see136

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see133

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see133

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see128

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see128

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see123

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see123

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see123

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see121

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri