Lənkəranda qəza velosipedçinin ölümü ilə nəticələnib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəranda baş verən qəzada velosipedçi ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Liman şəhər sakini 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə hərəkətdə olarkən, velosipedçi Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. R. Teymurov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:55
Bu xəbər 01 Sentyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















