Icma.az
close
up
RU
Lənkəranda qırmızı diplomlu müəllimə xadiməlik təklif olunub ŞİKAYƏT

Lənkəranda qırmızı diplomlu müəllimə xadiməlik təklif olunub ŞİKAYƏT

Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəran-Astara Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan Nuranə Əliyeva ixtisara salınıb. Bu barədə o,  Anews.az-a ünvanladığı şikayətində bildirib.

Onun sözlərinə görə,  işdən çıxarılmasına səbəb qurumun daxilində fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.

"İdarədə metodiki kabinetlər bağlandığı üçün kargüzarlar və metodistlər işdən azad olunub.  Bizi işlə təmin edəcəklərini desələr də, hələlik ortada heç nə yoxdur. Əvvəldən məktəbdə dərs deyən bəzi kargüzar və metodistlər isə müəllimlik fəaliyyətini davam etdirir. Bu onların əlavə işlə təmin olunması demək deyil.  Mənim yerimə alı təhsili olmayan bir yaşlı xanım  kargüzar vəzifəsinə təyin olunub. Rayonun özündə nə qədər boş vakansiya var. Ancaq bizi işlə təmin etmirlər. İnsanları aldadırlar.  Saytlarda yalan məlumatlar yayırlar ki, guya bütün metodistlər işlə təmin olunub. İşlə təmin olunanlar onsuz da, həmin məktəbdə çalışan müəllimlər olub. Mən ali təhsil almışam. Ancaq metodist müəllim kimi çalışmamışam. Mənimlə bərabər altı nəfər bu problemi yaşayır. Lənkəranda üç nəfər metodist işlə təmin olunub. Onun da birini fəhlə kimi işə götürüblər. Düşünün ki, metodis fəhlə kimi işləyir. Mənim özümə də əvvəlcə fəhlə, sonra xadimə işi təklif olunub. Ali savadlı şəxs olaraq, əlbəttə bu təklifi qəbul edə bilmərəm", - Nuranə Əliyeva bildirib.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Tural Kərimov Nuranə Əliyevanın işlə təmin olunması məsələsinə münasibət bildirməkdən imtina edib. 

Nuranə Əliyeva xadiməlik təklifindən gələn həftənin birinci günü imtina edəcəyini bildirib.

"Mən imtina qərarımı onlara birinci gün deyəcəm. Mənə dedilər ki, adın xadimə kimi gedəcək. Ancaq başqa işlərdə işləyəcəksiz. Digər işçilərə də bu təklifi ediblər. Təbii ki, biz qəbul etməyəcəyik", - Əliyeva vurğulayıb.

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə, işçini bir vəzifəyə götürüb başqa sahədə işlətmək qəti qadağandır. 

Aytac Zeynalova 


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://anews.az
archiveBu xəbər 30 Yanvar 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri