Lənkəranda şagirdlərin əl işlərindən ibarət “Peşə sərgisi” keçirilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Lənkəran, 1 may, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhərində Lənkəran, Astara, Masallı, Lerik və Cəlilabad rayonlarının təhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlərin əl işlərindən ibarət “Peşə sərgisi” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Tədbirin əsas məqsədi yeniyetmə və gənclərin peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə yiyələndikləri ilkin bilik və bacarıqları nümayiş etdirmək və onlarda xüsusi stimul yaratmaq olub.
Sərgidə dülgərlik, dərzilik, mebel ustası, aşpaz, kompüter operatoru, qənnadçı və digər peşələr üzrə ixtisas siniflərində təhsil alan şagirdlər əl işlərini nümayiş etdiriblər.
Tədbirin sonunda peşə təmayüllü siniflərin təşkilində, həmçinin sərginin nümayişində fəallığı ilə fərqlənən qrup rəhbərləri, müəllim və şagirdlər təşəkkürnamələrlə təltif olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 01 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















