Icma.az
close
up
RU
Lənkəranda şəhidin adına minifutbol meydançası açıldı FOTOLAR

Lənkəranda şəhidin adına minifutbol meydançası açıldı FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 13-də Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam ümumtəhsil məktəbində Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin adını daşıyacaq minifutbol meydançasının açılış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, millət vəkili Fariz İsmayılzadə, Lənkəran şəhər təhsil sektorunun müdiri Ağamməd Şənmədov, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində bütün zəruri addımlar atılır, şəhidlərimizin ailələrinə olan diqqət və qayğı dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqətində və nəzarətindədir.

Taleh Qaraşov yeni açılan minifutbol meydançasında idmanla məşğul olacaq hər bir şagirdimizin Samirin milli komandamızın tərkibində oynamaqla bağlı yarımçıq qalan arzusunu reallaşdırmaq üçün əzmlə çalışacağına, bu məsuliyyəti dərk edəcəyinə  inandığını qeyd edib. 

Millət vəkili Fariz İsmayılzadə çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan idman siyasəti onun laiqli davamçısı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhər və rayonlarımızda yeni idman qurğuları tikilir, mövcud obyektlər əsaslı şəkildə təmir olunur. İstifadəyə verilən minifutbol meydançası da şagirdlərimizin sağlam həyat tərzi və idmana olan sevgisini daha da artırmağa xidmət edəcək.

Lənkəran şəhər təhsil sektorunun müdiri Ağamməd Şənmədov isə hər bir gəncimizin şəhid Samir Allahverdiyevin izindən gedəcəyinə, onun kimi vətənpərvər olacağına olan inamını vurğulayıb.

Şəhid atası Elçin Allahverdiyev çıxışında şəhid adlarının əbədiləşdirilməsindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

Daha sonra tədbir iştirakçıları Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam ümumtəhsil məktəbində  “Zəfər muzeyi” ilə tanış olublar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri