Icma.az
close
up
RU
Lənkəranda “Trendyol”un dəstəyi ilə qadın sahibkarlarla bağlı proqram başa çatıb

Lənkəranda “Trendyol”un dəstəyi ilə qadın sahibkarlarla bağlı proqram başa çatıb

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən “Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” başa çatıb.

“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində iqlim dəyişmələri, onun həssas qruplar üzərində təsiri və bununla mübarizə yolları tez-tez müzakirə olunmaqdadır. Bu səbəblə 4-5 noyabr tarixlərində Lənkəran şəhərində qadın sahibkarlar üçün yaşıl bacarıqlar və dayanıqlı biznes təcrübələrini əhatə edən layihə icra olunub.

“Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” “Trendyol”un maliyyə, BMT-nin Azərbaycandakı Ofisinin təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən həyata keçirilmişdir. Proqram Azərbaycanın Lənkəran, Masallı, Cəlilabad, Beyləqan, Biləsuvar, Bərdə, Gəncə və Mingəçevir bölgələrindən olan, gender stereotipləri, maliyyə çətinlikləri və resurslara əlçatanlığın olmaması kimi əhəmiyyətli maneələrlə üzləşən 35 qadının iştirakı ilə baş tutmuşdur. Keçirilən təlim, vörkşop və panel müzakirələrdə qadınların ekoloji cəhətdən təmiz sahibkarlıq sahəsində praktik bacarıqları müzakirə olunmuş, onların həm iqlim dəyişikliyi ilə mübarizə, həm də yerli iqtisadi inkişafa töhfə vermələri istiqamətində bilik və bacarıqları möhkəmləndirilmişdir.

Dayanıqlılıq və COP29-a yönəlmiş qlobal hərəkata uyğun olaraq, proqramda uğurlu qadın sahibkarların çıxışları, yaşıl liderlik mövzusunda panel müzakirələri və sosial media idarəçiliyi, rəqəmsal marketinq və resurslardan istifadə üzrə praktiki vörkşoplar yer almışdır.

Tədbir Gender Hub Azərbaycanın həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova, BMT Azərbaycanın tərəfdaşlıq və inkişaf məsələləri üzrə müşavir Ülviyyə Əkbər, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Sədaqət Qəhrəmanova, “Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova və Yerli İcra Hakimiyyəti başçısının müavininin açılış nitqləri ilə başlayıb.

Daha sonra uğurlu qadın sahibkarlar öz ilhamverici həyat hekayələrini paylaşmış, sahibkarların iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafı təşviq etməkdə hansı unikal imkanlara sahib olduqlarını vurğulayan “Yaşıl Liderlik: Qadın sahibkarlar və dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsi baş tutmuş, sosial media idarəçiliyi və rəqəmsal marketinq üzrə vörkşoplar keçirilmiş, yaşıl sahibkarlığın və kənd təsərrüfatında davamlı təcrübələrin təşviqi mövzusunda sessiya baş tutmuşdur. Proqram “design thinking” metodu ilə baş tutan qrup fəaliyyəti ilə yekunlaşmışdır.

Qeyd edək ki, layihə “Trendyol”un, BMT-nin Azərbaycandakı Ofisinin təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see136

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see126

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see125

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see122

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see120

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see119

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see119

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see118

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see117

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see117

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see117

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see115

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see115

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri