Lənkəranda türkiyəli iş adamı öldü Foto
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lənkəranda çay fabrikinin müdiri vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, Türkiyə vətəndaşı olan 1980-cı il təvəllüdlü Murad Abdulla oğlu Mutlu axşam saatlarında özünü narahat hiss etdiyi üçün rayon xəstəxanasına aparılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
M.Mutlunun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. İş adamının ölümünün səbəbi ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Qeyd edək ki, Murad Mutlu azərbaycanlı xanımla ailə həyatı qurub və iki övladı var. O, Lənkəranda fəaliyyət göstərən çay fabrikinin müdiri idi.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 02 May 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















