Lənkəranda xilasedici dənizdəki tora ilişərəkXƏSARƏT ALDI
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəranda çimərlikdə xidmət aparan xilasedici gözlənilməz şəkildə dənizdəki balıqçı toruna ilişərək xəsarət alıb.
Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndində yerləşən çimərlik ərazisində baş verib.
Məlumata görə, Lənkəran şəhər sakini, xilasedici İlkin İlyasoğlu növbə zamanı suya daxil olub və bu zaman dənizdə yerləşdirilən torları saxlayan troslardan biri onun boğaz nahiyəsinə dolanıb. Gərginlik nəticəsində xilasedicinin boğazında ciddi kəsik yaranıb.
Ətrafdakıların köməyi ilə sudan çıxarılan yaralı dərhal təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona ilkin tibbi yardım göstəriblər.
Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Baxış sayı:94
Bu xəbər 26 İyul 2025 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















