Lənkəranda “Yaşa Vətən, çox yaşa, Yaraşır Zəfər sənə” adlı konsert keçirildi FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Noyabrın 8-də Lənkəranda “Zəfər Günü” ilə bağlı silsilə tədbirlərin yekunu kimi axşam saatlarında Heydər Əliyev Parkında açıq havada tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə “Yaşa Vətən, çox yaşa, Yaraşır Zəfər sənə” adlı konsert proqramı təşkil olunub.
"Unikal" xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Fariz İsmayılzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin nümayəndələri qatılıblar.
Konsert proqramında tanınmış müğənnilər Cavad Rəcəbov, Rübail Əzimov, Aynur Dadaşova, Elvin Abdullayev, Əlyar Hüseynov, eləcə də C. Cabbarlı adına Lənkəran şəhər Müsiqi məktəbinin müəllim və şağirdləri, Nənələr Folklor Rəqs qrupu və Cənub Qızlar ansamblı çıxış ediblər. Konsert atəşfəşanlıqla başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















