Icma.az
close
up
RU
Lənkəranda “Yaşıl Dünya Naminə Ekofestival” keçirildi FOTOLAR

Lənkəranda “Yaşıl Dünya Naminə Ekofestival” keçirildi FOTOLAR

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 16-da Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH), Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsi və Lənkəran Dövlət Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə Qala Xiyabanında “Yaşıl Dünya Naminə Ekofestival” keçirilib.

Globalinfo.az bildirir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən festivalda Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, rayonda fəaliyyət göstərən sənaye, kənd təsərrüfatı emalı müəssisələri, milli parklar, mədəniyyət, idman, turizm, orta və peşə təhsili müəssisələri hər biri öz pavilyonları ilə festivala qatılıblar. Festivalda yerli istehsal və emal müəssisələrinin çoxçeşidli məhsulları, ayrı-ayrı təsərrüfatlarda yetişdirilən ekoloji cəhətdən yüz faiz təmiz məhsullar, milli və yerli mətbəx nümunələri, sitrus meyvələri, çay, yerli sənətkarların əl işlərindən ibarət məhsullar nümayiş olunub, “Nənələr” və “Babalar” folklor rəqs qrupları və digər musiqi kollektivlərinin ifasında bədii proqram təqdim edilib. Qeyd edək ki, festival çoxsaylı yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanıb, onlar yerli mədəniyyət, folklor, incəsənət və mətbəximizin nümunələri ilə tanış olublar.

İcra başçısı bütün pavilyonlara baş çəkib, təqdim olunan əl işləri, məhsullar, bədii kompozisiyalar, rəqslər, musiqi və idman  nömrələrini izləyib. Taleh Qaraşov yerli insanlarla söhbət edib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonda çoxsaylı tədbirlərin keçirildiyini, sözügedən festivalın da onlardan biri olduğunu bildirib.

İcra başçısı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinin əhəmiyyəti barədə danışıb. İcra başçısı bildirib ki, ölkəmizin zəngin və həssas biomüxtəlifliyinin mühafizəsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühitin qorunması naminə görülən səylərdə fəal iştirak etməyə və ətraf mühitin çirkləndirilməməsinə daha diqqətlə yanaşılması olduqca vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri