Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
"Report" xəbər verir ki, bu barədə "Azərenerji"dən bildirilib.
Qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq. Bu səbəblə saat 10:00-dan, 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.
Bu mövzuda digər xəbərlər:Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
03 İyul 2025 09:29
Lənkəranın bəzi küçələrində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq AZƏRTAC
29 Dekabr 2024 10:21
Qaradağa elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
06 Noyabr 2024 15:28
Binə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
24 Noyabr 2024 18:26
Baxış sayı:149
Bu xəbər 13 Yanvar 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















