Icma.az
close
up
RU
“Lənkəran”ın burnu qırılan basketbolçusu: “Məşqçi işi lazımdır” İdman və Biz

“Lənkəran”ın burnu qırılan basketbolçusu: “Məşqçi işi lazımdır” İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Mövsümə elə də yaxşı başlamadıq”.

İdman.biz xəbər verir ki, bunu “Lənkəran”ın basketbolçusu Orxan Abbasov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandasının ilk dövrədəki çıxışını dəyərləndirib: “İlk oyunda doğma meydanda uduzmağımız bizə güclü zərbə oldu. Ondan sonrakı 2 görüşdə qalib gəldik. Bu isə sırf baş məşqçinin işinin, strategiyasının bəhrəsi idi. Son matçlarımızda isə əsas oyunçumuzun komandadan ayrılması və heyətlə bağlı bir neçə problemin olması nəticədə özünü göstərdi. Bu problemlər oyunumuza təsir etdi. Amma məğlubiyyətlərdən sonra komanda bir-birinə daha da möhkəm bağlanıb. Məqsədimiz Lənkəranı ən yaxşı şəkildə təmsil etmək və yeni yaranan klub olsaq da, hər zaman gözəl xatırlanmaqdır”.

28 yaşlı Abbasov öz çıxışına da dəyərləndirib: “Yoldaşlıq görüşlərində özümü yaxşı tərəfdən göstərdim. Amma sonra oyunların birində burnum qırıldı. Buna görə də bir müddət məşqlərə qatıla bilmədim. İndi isə oynamaq üçün hazıram. Özümü həm fiziki, həm də psixoloji olaraq yaxşı hiss edirəm. Gələn oyunda faydalı olacağımı düşünürəm”.

Orxan Azərbaycan Basketbol Liqasının növbəti turunda sabiq komandası “Gəncə” ilə görüşə də toxunub: “Komandada hər şey dəyişib. Yeni məşqçilər heyəti, yeni basketbolçular gəliblər. Ötən il orda olmaqdan məmnun idim. Onlara qarşı ilk görüşdə gördük ki, rəqib əsl komanda oyunu sərgiləyir, güclüdür və bir-birilərinə inanırlar. Belə komandanı məğlub etmək üçün əzmkarlıq, yaxşı strategiya, məşqçi işi lazımdır. Onlara qalib gəlməyə çalışacağıq. İlk matç həqiqətən də inanılmaz dərəcədə məyusedici idi. Oyunumuzu itirdik və məğlub olduq. İkinci qarşılaşmada isə məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq. İnanıram ki, qələbə qazanacağıq”.

Qeyd edək ki, VI turun “Gəncə” – “Lənkəran” görüşü sabah saat 14:00-da start götürəcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri