Lənkəranskinin qatı düşməni cəzalandırıldı FOTO
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Rusiyanın Stavropol vilayət məhkəməsi “qanuni oğru” Vladimir Jurakovski barəsində hökm çıxarıb.
Lent.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında ən yüksək mövqe tutma) və 159-cu (dələduzluq) maddələrilə təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, 2001-ci ildə cinayət ənənələrinə əsaslanan prosedurdan sonra müttəhimə “qanuni oğru” statusu verilib.
O, 20 ildən artıq müddətdə rayonda fəaliyyət göstərən kriminal elementləri idarə edib, vəsaitlərin yığılmasını təşkil edib. Kriminal subkulturaya dəstək verən insanlar arasında mübahisəli situasiyaları həll edib, əldə olunan gəlirləri kriminal aləmin ehtiyaclarına köçürüb.
Bundan əlavə, 2014-cü ildə müttəhim arvadını müalicə etmək bəhanəsi ilə dostunu ona ümumi məbləğdə 200 min rubl borc verməyə inandırıb və sonradan öz mülahizəsinə uyğun olaraq sərəncam verib.
Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, cinayətkarı 1 milyon rubl cərimə və bir il müddətinə azadlığın məhdudlaşdırılması ilə 10 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, criminal aləmdə “Vova Puxlıy” kimi tanınan Vladimir Jurakovski mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin düşmənlərindən biri olub.
Baxış sayı:118
Bu xəbər 28 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















