Icma.az
close
up
RU
Lentlə yapışdırılmış banan 6,2 milyon dollara

Lentlə yapışdırılmış banan 6,2 milyon dollara

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, kompozisiyanı “incəsənət, memlər və kriptovalyuta cameəsini birləşdirən” mədəni fenomen adlandıran Castin San tezliklə unikal bədii təcrübənin bir hissəsi kimi bu bananı yeyəcəyini, həm sənət tarixində, həm də populyar mədəniyyət tarixində onun tutduğu yerə hörmətlə yanaşacağını bildirib.
“İlkin olaraq “Sotheby's” hərrac evinin kompozisiyanı 1,5 milyon dollara satacağı gözlənilirdi. Əsər alıcıya orjinallıq sertifikatı və banan çürüdükdə onun dəyişdirilməsi təlimatı ilə verilir. Oktyabr ayında “Sotheby's” hərrac evi italyan rəssamı Mauritsio Kattelanın ən məşhur və təxribat xarakterli sənət əsərlərindən biri olan “Komediyaçı” adlı lompozisiuanı satışa çıxaracağını açıqlamışdı”, - “The New York Times” qəzeti yazıb.
Əsərin ümumilikdə üç nüsxəsini yaratmış Mauritsio Kattela Mauritsio Kattelan, döşəmədən 160 santimetr yüksəklikdə ağ divara gümüş lentlə yapışdırılmış kompozisiyanı ilk dəfə 2019-cu ilin dekabrında Mayamidə “Art Basel” beynəlxalq müasir incəsənət sərgisində nümayiş etdirib.

Onun “Komediyaçı” adlandırdığı bu əsər sərgilərə çıxarıldıqdan sonra “Perrotin” Qalereyası Kattelanın üç bananının hər birini 120-150 min dollara satdı. Qalereyada Nümayiş olunan bananlardan birini isə rəssam Devid Datuna yeyib.
Qeyd edək ki, əsər haqqında sənətşünasların fikirləri bölünüb. Bəziləri bunu təxribat hesab edir. Digərləri burada sənətin dəyərini şübhə altına alan rəssam Marsel Düşanın konseptual əsərlərinə istinad görürlər. Sənətçinin özü, 2021-ci ildə “Art Newspaper” qəzetinə verdiyi müsahibədə bananı “şərh-əsər” və “dəyərləndirdiklərimiz barədə düşüncə” adlandırıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri