Icma.az
close
up
RU
“Leobank”dan ŞİKAYƏT VAR: “Mənə demədən faiz tətbiq ediblər” Yeni Çağ Media

“Leobank”dan ŞİKAYƏT VAR: “Mənə demədən faiz tətbiq ediblər” Yeni Çağ Media

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dəfələrlə etiraz etməyimə baxmayaraq, “Leobank” nümayəndələri bu düzəlişlərin razılıq olmadan edildiyinə məhəl qoymadılar”.

Yenicag.az xəbər verir ki, bunu redaksiyamıza “Leobank”-la bağlı şikayətində şikayətçi Vüsal Bilalov deyib.

O, sözügedən bankın müştərilərinə razılaşmasız borc artımı tətbiq etməsi ilə bağlı narahatlığını bildirib.

Şikayətçi qeyd edib ki, əvvəllər “Leobank”ın verdiyi taksit kartını faizsiz taksit planı ilə istifadə etsə də, indi kartın borcunun idarə edilməsi ilə bağlı problem yaşayır:

“İlkin olaraq razılığımla 18 aylıq faizsiz taksit planı ilə bu kartdan istifadə edərək alış-veriş etdim. “Leobank” mobil proqramında yoxlama zamanı borc qeydləri və əvvəlki əməliyyatların silindiyini gördüm. Səbəbsiz sıfırlamadan narahat olaraq aydınlıq gətirmək üçün dərhal “Leobank”ın müştəri xidmətlərinə müraciət etdim. Bir həftə gözlədikdən sonra bank mənə borcumun təfərrüatları ilə bağlı müqavilə göndərdi, lakin böyük dəyişikliklə”.

O, söyləyib ki, əvvəlcədən məsləhətləşmədən və özünün təsdiqi olmadan “Leobank” borcumu yenidən hesablayıb, faizləri tətbiq edib və taksit müddətini 24 aya qədər uzadıb:

“Bu dəyişiklik ilkin şərtlərə uyğun deyildi. Razılaşdırılmış şərtlərə məhəl qoymadan, həm də gözlənilmədən faizlər tətbiq edildi və bununla da ödəməli olduğum ümumi borc məbləği artdı. Dəfələrlə etiraz etməyimə baxmayaraq, “Leobank” nümayəndələri bu düzəlişlərin razılıq olmadan edildiyinə məhəl qoymadılar. Bank qurumları şəffaflığı təmin etməli və əvvəlcədən razılaşdırılmış şərtlərə riayət etməklə, yaxud heç olmazsa, hər hansı dəyişiklikləri əvvəlcədən bildirməklə müştərilərinin etibarını qorumalıdır. Mən “Leobank”ı müştəriləri ilə bağlanmış ilkin razılaşmaya əməl etməyə çağırıram”.

Qeyd edək ki, məsələ ilə bağlı “Leobank”ın tərkibində olduğu “Unibank”ın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bankdan suallarımıza cavab tapa bilmədik. Yenicag.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 06 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri