Icma.az
close
up
RU
Leonardo Di Kapriodan şəxsi həyat və yaşı barədə ETİRAFLAR

Leonardo Di Kapriodan şəxsi həyat və yaşı barədə ETİRAFLAR

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Leonardo Di Kaprio 50 yaşında ilk dəfə yaşa və həyata münasibətini, özündən xeyli gənc qadınlarla münasibətlərinə görə illərlə davam edən tənqidlərin fonunda bölüşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktyor bunu müsahibəsində deyib.

Leonardo Di Kaprio yaş haqqında nə düşünür?

“Titanik”in ulduzu rejissor Pol Tomas Andersonla söhbət zamanı emosional baxımdan özünü 32 yaşında kimi hiss etdiyini etiraf edib.

Həmkarı ondan 50 yaşın onu həyata dair düşünməyə vadar edib-etmədiyini soruşanda, Di Kaprio bir neçə mühüm prioritetini qeyd edib.

“Bu, səndə daha dürüst olmaq və vaxtını boş yerə xərcləməmək istəyi yaradır. Qarşıdakı bir neçə onilliyin necə inkişaf edəcəyini yalnız təsəvvür edə bilirəm”, — deyə o bildirib.

Aktyor bu mövzuda onun üçün ən böyük ilham mənbəyinin anası İrmelin olduğunu söyləyib:

“Anama baxıram: o, sadəcə düşündüyünü deyir və vaxtını boş yerə sərf etmir. Rol oynamağa da vaxt sərf etmir,” — deyə qeyd edib.

Leonardoya görə, yaş artdıqca insan özünə və dünyaya qarşı daha səmimi olmalıdır. O, indi istənilən münasibətdə — şəxsi və ya peşəkar — risk etməyə, anlaşılmazlıqlara və hətta ayrılıqlara hazırdır.

“Bu o deməkdir ki, artıq vaxtınızı xərcləmək istəmirsiniz. Sadəcə daha açıq olmalısınız. Bu, demək olar ki, bir borcdur, çünki arxada qalan ömrünüz qarşıdakıdan çoxdur,” — deyə o etiraf edib.

Leonardo Di Kaprionun şəxsi həyatı barədə nələr bilirik?

Xatırladaq ki, aktyor qapalı həyat tərzi sürür. Hətta ictimai məkanda da insanların və fotoqrafların diqqətini çəkməmək üçün maska ilə görünür, şəxsi həyatı barədə demək olar ki, danışmır. O, uzun illərdən sonra ilk dəfədir ki, bu qədər açıq danışıb.

Hazırda model Vittoriya Çeretti ilə münasibətdədir. Cütlük 2023-cü ildən birlikdədir.

Bundan əvvəl onun romantik həyatı Kamila Morrone, Nina Aqdal, Toni Qarrn və başqaları ilə münasibətləri əhatə edib. Həmçinin Cici Hadidlə əlaqələrinə dair söz-söhbətlər dolaşırdı.

Aktyorun münasibətləri tərəfdaşları ilə arasındakı böyük yaş fərqi səbəbindən dəfələrlə tənqid və zarafat mövzusuna çevrilib — o, yalnız 18–25 yaşlılarla görüşür.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri