Lerikdə dəhşətli qətl Qazi həbs edildi, evindən silah tapıldı
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Lerikdə itkin düşən Şahin Musa oğlu Şərifovun meyiti tapılıb.
“Qafqazinfo”nun məlumatına görə, iyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib.
Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.
Baxış sayı:57
Bu xəbər 04 İyun 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















