Icma.az
close
up
RU
Lerikdə iri qaya parçası yolu bağladı

Lerikdə iri qaya parçası yolu bağladı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lerikdə iri qaya parçası yola düşüb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, Lerik rayonunun ucqar dağ kəndi olan Dico kəndində iri qaya parçası yola düşüb. Nəticədə Lerik-Piran-Veri-Dico kənd yolu bağlanıb, nəqliyyatın hərəkətində problem yaranıb.

Kənd ərazi icra nümayəndəsi Bəyəli Bədəlov hadisəni təsdiqləyib: “Dico kənd sakinlərinin rayonla daha qısa yolu Veri-Dico yolu bağlanıb. Sakinlər digər yol olan Tikaband-Hücü-Dico yolundan istifadə edirlər. Bu da əsas yoldan bir az uzaq olur. Məsələ ilə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb. Yolsuzluq şəraitinə görə, əraziyə ağır texnikalar çıxa bilmir. Qaya parçasını yoldan götürmək üçün digər alternativ variantlar nəzərdən keçirilir”.

Qeyd edək ki, hazırda Dico kəndində 10-a yaxın ailə yaşayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri