Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən 55 yaşlı kişi saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Hidayət Zaidov saxlanılıb.
Onun yaşadığı evin həyətində və rayonun Qılqılov kəndindəki meşəlik ərazidə xüsusi qulluq göstərərək yetişdirdiyi ümumilikdə 321 ədəd çətənə bitkisi, əlavə olaraq 1 ədəd qanunsuz saxladığı "İJ" markalı ov tüfəngi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

Yaşadığı evin həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
11 İyun 2025 14:56
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb
01 May 2025 12:58
Salyanda narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinənlər saxlanılıb
01 May 2025 08:56
Neftçalada narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb VİDEO
18 İyun 2025 19:33
Lerikdə qanunsuz ov edən şəxs saxlanılıb AZƏRTAC
21 Dekabr 2024 17:16

