Icma.az
close
up
RU
Lerikdə “seçki oyunu” Bələdiyyələri icra başçısı müəyyənləşdirib? Yeni Gündəm

Lerikdə “seçki oyunu” Bələdiyyələri icra başçısı müəyyənləşdirib? Yeni Gündəm

Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Lerik rayonunda bələdiyyə seçkiləri başlamamış bitmişdi, nəticələr bəlli idi. Artıq hamı bilirdi ki, hansı kənddə kimlər seçiləcək, sədr və sədrin müavini  kim olacaq. Bütün bunlar rayon icra başçısının otağında başçının müavini Habil Məlikov, dəfələrlə adı korrupsiyada hallanan icra hakimiyyətində Ərazi İdarəetmə Şöbəsinin müdiri işləyən Əlipənah Bayramov və Əkbər Abbasovun “sağ əli”, ağsaqqalı olan maliyyə idarəsinin müdiri Hafiz İmanovun iştirak və məsləhətləri ilə çoxdan həll olmuşdu”.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə seçkidən əvvəl rayon İcra Hakimiyyəti tərəfindən hazırlanıb ərazi icra nümayəndələrinə təqdim edilən siyahı olub. Bu siyahıda seçki günü hansı namizədlərin “seçiləcəyi” aydın qeyd edilib.

İddia olunur ki, seçki qutusundan çıxacaq bələdiyyələrin siyahını Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov tərtib edib.

Əldə etdiyimiz məlumata görə seçki günü Habil Məlikov, Əlipənah Bayramov, Dairə Seçki Komissiyasının sədri Firdovsi Fazilov (Firdovsi Əkbər müəllimin yeni kadrı və maliyyə mənbəyidir) seçkini öz otaqlarından, icra nümayəndələri kəndlərdə və Hafiz İmanov və onun kürəkəni Ramal Məstiyev (şəhər icra nümayəndəsi) şəhər məntəqələrini bir-bir gəzməklə idarə ediblər. Hafiz İmanov əlində olan siyahı ilə məntəqələrdə nəzarət edib, kimlərin neçə səs almasını tənzimləyib.

Daha ilginc məqam isə İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinin seçiləcək namizədlərlə bəzi “profilaktik” söhbətlər aparmasıdır.

Qlobal.az məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.

Qeyd edək ki, Lerik rayonunda əvvəl 29 bələdiyyəsi olsa da, hazırda 10 bələdiyyə fəaliyyət göstərir.

Xatırladaq ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. Əkbər Abbasov 2022-ci ilin iyul ayından Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Cahandar Laçınlı

Qlobal.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 01 Fevral 2025 02:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see324

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see277

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see222

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see193

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see175

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see149

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see141

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri