Lerikdən piyada Şəhidlər xiyabanına gəldi Foto
Icma.az bildirir, Axar.az portalına istinadən.
Lerik rayonu Durğan kənd sakini 67 yaşlı Əligülla Əbülfətov 15 iyul tarixində Durğan kəndindən Bakı şəhərindəki Şəhidlər xiyabanını ziyarət üçün yürüşə başlayıb
Axar.az Teleqrafa istinadən xəbər verir ki, bu gün səhər Şəhidlər xiyabanına çatan Əligülla Əbülfətov yürüş təəssuratlarını bölüşüb.
"Beş günlük səfərim çox yaxşı keçdi. Bu gün səhər saat 10:15 radələrində Şəhidlər Xiyabanına çatıb ziyarət etdim".
Onun sözlərinə görə, bu yürüşə şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq çıxıb: "Mənim oğlum da müharibə iştirakçısıdır. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bu yürüşə çıxdım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox şadam ki, bu uzun yolu sağ-salamat gəlib, ziyarətimi edə bildim".
67 yaşlı Əligülla bəy qeyd edib ki, yola çıxmazdan əvvəl həkim müayinəsindən keçib və səhhətində heç bir problem olmadığı üçün həkim yürüşə çıxmağa icazə verib: "Gündüz aran rayonlarında havalar çox isti olanda dincəlir, gecələr yola davam edirdim. Hazırda Bakıda istirahət edirəm. İstirahət etdikdən sonra rayona qayıdacam. Oğlum məni həkimə aparmaq istədi, amma razı olmadım. Özümü çox yaxşı hiss edirəm", - o, bildirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 20 İyul 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















