Icma.az
close
up
RU
“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ucuz kolbasa məhsullarının satışı ilə bağlı mediada yayılan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq keçirilib. Ət məhsullarından götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində “dana əti basdırması” məhsulunda at DNT-si aşkarlanıb.

Bundan sonra həmin ünvanda fiziki şəxs Rzayev Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar yoxlama aparılıb. Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi, satılan kolbasa, dana basdırması, pendir və alkoqollu içkilərin nə etiket tələblərinə uyğun olduğu, nə də müşayiətedici sənədlərinin olduğu müəyyən edilib. “Nemiroff” əmtəə nişanlı araq, çaxır və konyak məhsullarının idxal sağlamlıq aktı təqdim olunmayıb. Pendir və basdırma məhsullarının soyuducudan kənarda, temperatur rejimi pozularaq saxlanıldığı, həmçinin dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin kobud şəkildə pozulduğu qeyd edilib. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhsullardan əlavə nümunələr laborator müayinəsinə göndərilib.

Bu hadisə cəmiyyətdə dərhal belə bir sualı yenidən gündəmə gətirdi: Azərbaycanda at və eşşək əti yeyilirmi, bu, ənənəvidirmi?

Azərbaycanın qida mədəniyyətində at və eşşək əti heç vaxt ənənəvi məhsul olmayıb. Türk xalqlarının bir qismi – xüsusilə Mərkəzi Asiyada köçəri toplumlar – müəyyən hallarda at ətindən istifadə etsələr də, Cənubi Qafqaz bölgəsində, o cümlədən Azərbaycan türklərinin məişətində belə ənənə yaranmayıb. Minilliklər boyu bu heyvanlar nəqliyyat vasitəsi, yük daşıyıcısı və təsərrüfat yardımçısı kimi dəyər verilib, onların qida məqsədilə kəsilməsi isə ictimai şəkildə qəbul olunmayıb.

Dini baxımdan da at və eşşək əti qadağan deyil, amma yeyilməsi tövsiyə olunmayan məhsuldur. Bu yanaşma da xalq ənənələrində öz əksini tapıb və bu ətlərin istifadə edilməməsində mühüm rol oynayıb.

Bununla yanaşı, həm dövlət tənzimləmələri, həm də bazar reallığı bu məsələni daha da aydınlaşdırır. Azərbaycanda qida mənşəli məhsullar yalnız baytar nəzarətindən keçdikdən sonra satışa çıxarıla bilər. At və eşşək isə rəsmi olaraq qida heyvanları siyahısında deyil. Bu səbəbdən nə onların kəsimi üçün legal təsərrüfat var, nə də bazarda bu ətə tələbat mövcuddur.

Bəzən “donuz əti satılırsa, niyə at əti yoxdur?” sualı da səslənir. Burada fərq çox sadədir: donuz ətini az da olsa istifadə edən qruplar var və bu məhsul qanuni dövriyyədədir. At və eşşək ətinə isə nə sosial tələbat var, nə ənənə, nə də bazar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, ölkədə çox az müəssisə var ki, onların istehsalı olan kolbasa və sosiska məmulatlarında etiketlərdə yazılanlar istifadə edilir:

“Onu da qeyd edək ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur. Sadəcə olaraq qanunda tələb olunur ki, məhsulun üzərindəki etiketdə onun tərkibi düzgün göstərilməlidir. Düşünürəm ki, bu, anormal haldır. Nazirlər Kabineti mütləq qərar verməlidir və ölkədə ənənəvi olmayan ətlərin satışı qadağan edilməlidir. Qanundakı boşluqlardan bəzi işbazlar istifadə edirlər. Bizim ofisdə 1963-cü ildə dərc olunan bir kitab var. 15 respublika arasında bir dənə Azərbaycanda eşşək əti yemıli hesab olunub. Sonralar biz öyrəndik ki, bu kitabı azərbaycanlıları biabır etmək üçün ermənilər tərtib edib. Əlbəttə, bir sıra ətlər Azərbaycanda yeyilmir və gərək onların satışı qadağan olunsun. İllərlə ölkədə murdar olmuş heyvanların-atın, eşşəyin əti Bakıya daşınıb. Bunun qarşısının alınmasında ən uğurlu işi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. Onlar cinayət işi açıblar. “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və onun dəstəsini elə bu idarə saxlamışdı. Onların kökü Azərbaycanda kəsilmir”.

Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə sayta mövzu ilə bağlı danışıb: “Əgər yadınızdadırsa, ölkədə Leş Tofiq ləqəbli şəxs ölmüş heyvanların ətini gətirib satırdı. O, ya inzibati məsuliyyətə cəlb olunurdu, ya da cinayət məsuliyyətinə cəlb olunduqdan sonra məhkəmədən buraxılırdı, yaxud da şərti cəza alırdı. Bir sözlə adam azadlığa çıxmağı bacarırdı. Belə görünürdü ki, qanun və dövlət bu adamla bacarmır. Qanunvericilik həmin dövr üçün bu cür şəxslərə yüngül cəzanı göstərirdi. Ona görə də onlar insanlığı məhv edən cinayətlərini davam etdirirdilər.

Burada söhbət ondan getmir ki, Azərbaycanda at ətinin istehlakı ölkəmizdə qadağan olunub, məsələ ondadır ki, istehsalçı bilə-bilə istehlakçını aldadır. Hətta satışı qadağan olunmasa belə, o malın üzərində göstərmədən digər heyvanın ətini satırsa, yenə də cinayət törətmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 200.1 maddəsində göstərilir ki, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət xidmət sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın(xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə cərimələrin miqdarı artırlır.

İnsanların sağlamlığna bilə-bilə az ağır və ağır zərər verdikdə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu o deməkdir ki, insanlar yalnız öldükdə və yaxud da səhhətlərinə ağır zərər vurulduqda bu adamlar azadlıqdan məhrum edilə bilərlər. Hesab edirəm ki, bu yanaşma doğru deyil. Cinayət qanunvericiliyində bu hallara görə cəzalar sərtləşdirilməlidir. Sovet vaxtı alıcını 4-5 qəpik aldatmağa görə məsuliyyət yaranırdı və həmin şəxslər azadlıqdan məhrum edilirdilər. Mən daima istehlakçıların aldadılmasının şahidi oluram. Bir neçə gün öncə Sabunçu rayonunda restoranların birində insanlara mal əti adı ilə başqa ətin verilməsi faktı aşkarlandı. Hələ biz ölmüş heyvanın cəmdəyindən hazırlanan kolbasa və sosiskaları demirik. Onları ayırd etmək, aşkarlamaq lazımdır. İnsanların istehlak etdiyi qidaların kustar üsulla hazırlanıb bazara çıxarılmasının qarşısı alınmalıdır. Podvalda, sexdə nə gəldi hazırlayırlar. Dövlət bu sahədə nəzarəti artırmalı, səyyar reydlər keçirməli, qanunvericiliyin tələblərini sərtləşdirməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Noyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri