Icma.az
close
up
RU
Lesotoda ABŞ tarifləri səbəbindən milli fəlakət rejimi elan edilib

Lesotoda ABŞ tarifləri səbəbindən milli fəlakət rejimi elan edilib

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lesoto Krallığında, ABŞ prezidenti Donald Trampın ölkəyə ixrac edilən mallara yüksək tariflər tətbiq etməsi nəticəsində işsizlikdə kəskin artımın baş verməsi ilə əlaqədar milli fəlakət rejimi elan edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Lesotoda Ticarət, Sənaye və Kiçik Sahibkarlıq məsələləri üzrə nazir Mokeţi Şelil bəyan edib. Nazir qeyd edib ki, yeni tariflərin tətbiqindən ən çox zərər çəkən sahə tekstil sənayesidir.

Şelil "Financial Times" qəzetinə verdiyi müsahibəsində: “Milli fəlakət rejiminin elan edilməsi, hökumətə növbəti iki il ərzində tekstil sənayesindən kənar sahələrdə 60 min yeni iş yeri yaratmağa məcur edəcək”, - deyib.

Lesotonun ABŞ-a əsas ixracat məhsulu tekstildir və bu məhsul məşhur brendlər, o cümlədən Levi's tərəfindən alınıb. Keçən il Lesoto ABŞ-a 237 milyon dollar dəyərində mallar ixrac edib ki, bu da ölkənin ÜDM-nin 10%-ini təşkil edir. ABŞ, Lesotodan gələn tekstil məhsullarına 50% tarif tətbiq etmək qərarı alıb ki, bu da Afrikadakı ölkədə fabriklərin bağlanmasına və işçilərin ixtisarına səbəb olub. Şelil: “Bizi tekstil sənayesinin tamamilə dayanması təhlükəsi gözləyir”, - deyə qeyd edib.

Milli fəlakət rejimi Lesotoda 2027-ci ilin 30 iyununa qədər qüvvədə olacaq. Bu rejim, hökumətə sərmayə yatırımları və büdcə xərcləri ilə bağlı qərarları sürətləndirməyə, yeni iş yerlərinin yaradılması üçün müəyyən bürokratik tələbləri aradan qaldırmağa məcbur edəcək.

Cənubi Afrikada yerləşən və dənizə çıxışı olmayan Lesoto Krallığı dünyanın ən kasıb ölkələrindən biridir. Əhalisi 2,36 milyon nəfərdir və bunun yarısı Dünya Bankının yoxsulluq həddindən aşağı yaşayır. Yoxsulluq həddi gündəlik 2,15 dollar gəlir olaraq müəyyən edilir. Ümumi işsizlik təxminən 30%-dir, gənclər arasında isə bu rəqəm 48%-dir.

Beləliklə, Trampın ixrac mallara yüksək tariflər tətbiq etməsi böyük dövlətlərdən daha çox yoxsulluq həddində yaşayan ölkələrə təsir edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 İyul 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri