Levandovski karyerasını bitirəcəyi vaxtı açıqladı
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Barselona"nın və Polşa millisinin hücumçusu Robert Levandovski futbolçu karyerasını nə vaxt bitirə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı forvard bu barədə "Forbes"ə danışıb:
“Yaşımı nəzərə alaraq, indi bilirəm ki, tezliklə - iki-üç il ərzində karyeram bitəcək.
Butslarımı divardan asmaq vaxtı gələndə bunu bildirəcəyəm. Bir gün oyanıb məşqə getmək istəmədiyimi hiss edəndə, bu, təqaüdə çıxmaq barədə düşünməyə başlamağım üçün ilk siqnal olacaq.
İndiyə qədər hər səhər heç bir ağrı hiss etmədən oyanıram. Ümid edirəm ki, bu, davam edəcək. Mən hələ də məşq etməyi və kluba gəlməyi xoşladığımı hiss edirəm”.
Levandovskinin Kataloniya klubu ilə müqaviləsinin müddəti sonradan daha bir il uzatmaq şərti ilə, 2026-cı ilin yayına qədərdir.
O, bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 17 matça çıxaraq 19 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 20 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















