Icma.az
close
up
RU
Levandovski Messinin rekordunu təkrarladı

Levandovski Messinin rekordunu təkrarladı

Icma.az xəbər verir, Sia Az-ə əsaslanaraq Levandovski Messinin rekordunu təkrarladı.

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqada qollarını sıralamaqdadır. SİA xəbər verir ki, polşalı forvard 17-ci turda ötən gecə “Betis”lə keçirilən oyunda (2:2) növbəti dəfə rəqib qapısına yol taparaq mövsümdəki qol sayını 16-a çatdırıb. 36 yaşlı futbolçunun La Liqada bu mövsüm oyun sayı da 16-dır.

Bununla da Levandovski Lionel Messiyə aid olan rekordu təkrarlayıb. “Barselona”nın keçmiş hücumçusu da 2018-2019 mövsümündə mövsümün ilk 16 oyununda 16 qol vurmağı bacarmışdı.

Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 21 oyuna 23 qol vurub, 2 qol ötürməsi edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri