Levandovskinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Polşa millisinə yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, Polşa Futbol Assosiasiyasının (PFS) rəsmi saytı vakant posta Yan Urbanın təyin edildiyini açıqlayıb.
"İnanırıq ki, bu təyinat yığmaya öz potensialını tam reallaşdırmağa imkan verəcək. Məqsədimiz DÇ-2026-nın final hissəsinə vəsiqə qazanmaqdır.
Məşqçiyə uğurlar arzulayıram və onu əmin edirəm ki, o, mənim və bütün idarə heyətinin tam dəstəyinə arxalana bilər”, - PFS prezidenti Sezari Kuleşa açıqlamasında belə deyib.
Qeyd edək ki, Urban bundan əvvəl də Polşa millisində çalışıb: o, 2007-ci ilin noyabrından 2008-ci ilin iyununa kimi baş məşqçinin köməkçisi olub.
63 yaşlı mütəxəssisin son iş yeri bu ilin aprelində tərk etdiyi "Qornik" olub.
Xatırladaq ki, Yan Urban Polşa millisinin baş məşqçisi postunda Mixal Probyersi əvəz edəcək. Urbanın sələfi komandanın qeyri-qənaətbəxş nəticələrindən və komandanın kapitanı Robert Levandovski ilə münaqişədən sonra istefa verib. "Barselona"nın forvardı Probyers rəhbərlik etdiyi müddətdə ölkəsinin millisində oynamaqdan imtina etmişdi.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 İyul 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















