“Leverkuzen” Qoretska üçün hərəkətə keçdi
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Almaniyanın “Bayer” (Leverkuzen) klubu “Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretskaya maraq göstərib.
İdman.Biz BILD nəşrinə istinadla xəbər verir ki, klub yayda azad agent statusu qazanacaq futbolçu ilə mümkün transfer barədə ilkin təmas qurub. Qoretskanın müqaviləsi iyun ayında başa çatır və o, klubdan sərbəst şəkildə ayrıla bilər.
Almaniyalı futbolçu ilə “Milan” və “Atletiko” da maraqlanır. “Bayer” də bu mübarizəyə qoşulub.
Bununla belə, 31 yaşlı yarımmüdafiəçi “Die Werkself”ə xaricə transferə üstünlük verdiyini bildirib. Onun əsas istəyi İngiltərə Premyer Liqasına keçiddir.
Qeyd olunur ki, “Atletiko” qış transfer pəncərəsində Qoretskanı heyətinə qatmağa yaxın olsa da, futbolçu son anda “Allianz Arena”da qalmaq qərarına gəldiyi üçün keçid baş tutmayıb.
Baxış sayı:116
Bu xəbər 18 Fevral 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















