Levski nin baş məşqçisi: Sabah la cavab matçında uğurlu seriyanı davam etdirmək istəyirik
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Levski" "Sabah"la oyunda uğurlu seriyanı davam etdirmək istəyir.
Fanat.Az xəbər verir ki, bunu Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xulio Velaskes "Sabah"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Bakıya qələbə üçün gəldiklərini söyləyib:
"İlk oyunda son dəqiqə qolu ilə qələbə qazandıq. Rəqibə hörmətlə yanaşırıq. Çətin görüş olacaq. Qələbə seriyamızı davam etdirmək istəyirik. "Sabah" yaxşı komandadır. Heyətlərində keyfiyyətli futbolçular var.
"Əsas məqsədimiz meydanın özümüzə aid olan hissəsində topa sahib olmaqdır. Çalışacağıq ki, rəqib komandanı meydanın özlərinə aid olan hissəsində saxlayaq. Sabahkı matçda daha sürətli oyuna şahidlik edəcəksiniz".
Qeyd edək ki, "Sabah" - "Levski" görüşü avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Bolqarıstanda baş tutan ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 Avqust 2025 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















