“Levski”nin baş direktoru: “Sabah”la oyuna ciddi hazırlaşmışıq
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 13 avqust, AZƏRTAC
“Sabah”la oyuna ciddi hazırlaşmışıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” klubunun baş direktoru Daniel Borimirov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.
O, ikinci görüşdə də qalib gələcəklərinə ümid etdiyini bildirib: “Sabah”la matçda taktiki cəhətdən düzgün oynamalıyıq. Ən vacibi, futbolçularımızın məşqçinin tapşırıqlarını tam şəkildə yerinə yetirməsidir. Düşünürəm ki, biz buna nail olacağıq. Baş məşqçi Xulio Velaskes rəqibi yaxşı analiz edib. Mərhələ keçmək önəmlidir. Bu, Bolqarıstan futbolunun inkişafına müsbət təsir edəcək”.
Qeyd edək ki, Bolqarıstanda keçirilmiş ilk matçda “Levski” 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 14-də Masazırda yerləşən “Bank Respublika Arena”da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 13 Avqust 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















