Leyen: “Ümid edirəm ki, sülh sazişi ən qısa zamanda imzalanacaq”
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsidir”
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsidir və Avropa İttifaqı yekun sənədin tezliklə imzalanacağına ümid edir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Şurasının sədri Antonio Kosta ilə üçtərəfli görüşdə deyib.
“Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanacaq”, - deyə fon der Leyen söyləyib.
AK rəhbərinin sözlərinə görə, hazırda Avropa ilə Ermənistan arasında münasibətlər həmişəkindən daha sıxdır və “tərəflərin iddialı tərəfdaşlıq gündəliyi var”.
“Bizim davamlılıq və inkişaf planımız var, bu plana Ermənistana 270 milyon avronun verilməsi daxildir”, o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 İyul 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















