Leyenin COP29da iştirak etməməsi tədbirin mahiyyətinə heç bir təsir göstərməyəcək
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Məlumdur ki, COP29 Azərbaycanda çox yüksək tərzdə keçiriləcək və artıq nümayəndələr qeydiyyatdan keçib. Bir çox ölkələrin rəhbərləri, eləcə də Qeyri-hökumət təşkilatları və 2 min 700-ə qədər jurnalist iştirak edəcək”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bu tədbirdə iştirak etməməsi tədbirin mahiyyətinə heç bir təsir göstərmir:
“Əgər Avropa Birliyindən söhbət gedirsə, məhz Almaniya 500 nəfərlə iştirak edəcək. Eləcə də digər ölkələr var, onların rəhbərləri iştirak edəcək. Mən Almaniyanı ona görə dedim ki, Almaniya Avropa İttifaqında əsas iqtisadi güc mərkəzidir və onun iştirakı kifayət edir ki, Azərbaycanda keçirilən tədbirə maraq hansı səviyyədədir. Tədbir bir nəfərin və ya hər hansısa bir ölkənin təmsilçisinin iştirakı ilə ölçülmür. Tədbir bütövlükdə dünyada gedən proseslər, xüsusən, COP29 konfransının gündəliyinə, eləcə də onun fəaliyyət və məqsədlərinə uyğun şəkildə, yüksək tərzdə qurulub və nəticəli olacaq.
Ona görə də bir daha təkrar edirəm ki, hər hansı şəxslərin iştirak etməməsi bu, onların öz istəyidir, Azərbaycan tədbirə yüksək səviyyədə ev sahibliyi etmək üçün bütün işləri görüb və tədbirimiz də çox yüksək tərzdə keçəcək”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 Noyabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















