Icma.az
close
up
RU
Leyla Abdullayeva Şarl de Qolun evini ziyarət etdi FOTOLAR

Leyla Abdullayeva Şarl de Qolun evini ziyarət etdi FOTOLAR

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları Kolombe-le-De-Eqliz (Colombey-les-Deux-Églises) şəhərinin meri Paskal Babuo ilə görüşüb.

Globalinfo.az bildirir ki, “Report”un Fransa bürosunun məlumatına görə, görüşdə Azərbaycanın səfiri Leyla Abdullayeva general Şarl de Qolun 27 noyabr 1944-cü ildə Bakı səfərini xatırladıb.

Səfir Azərbaycanın müasir siyasi tarixində adı ölkənin dövlətçilik salnaməsinə əbədi həkk olunmuş Ulu öndər Heydər Əliyev haqqında danışıb. Bildirib ki, onun Azərbaycan üçün rolu, dövlətin taleyini həlledici məqamlarda dəyişdirməsi, milli kimliyi və suverenliyi qoruması çox vaxt Fransa tarixində müstəsna yeri olan general Şarl de Qolun fəaliyyəti ilə müqayisə edilir:

“Bu müqayisə təsadüfi deyil – hər iki lider öz ölkələrinin müstəqillik, təhlükəsizlik və dövlətçilik yolunda dönüş nöqtəsi yaratmış tarixi simalardır”.

Bundan başqa səfir bu gün demokratiya yolunda inamla irəliləyən Azərbaycanın qonşu ölkələrlə sülh şəraitində yaşamaq istədiyini diqqətə çatdırıb.

Görüş zamanı mer səfir Leyla Abdullayevanı Ş. De Qolun seçkilər zamanı səs verdiyi otağa dəvət edib, Azərbaycan səfiri xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan səfiri, Şarl de Qolun Bakı səfərinin şərəfinə, üzərində Azərbaycan gerbi və generalın Bakı səfərindən şəklinin əks olunduğu xüsusi hədiyyəni merə təqdim edib. Bu hədiyyə həm tarixi səfərin xatirəsini yaşatmaq, həm də Azərbaycan ilə Fransa arasında qarşılıqlı hörmətin rəmzi kimi böyük maraqla qarşılanıb.

Sonra tərəflər nümayəndə heyətləri ilə birlikdə Şarl de Qolun məzarını ziyarət edib, Səfir Leyla Abdullayeva və səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev generalın qəbri üzərinə əklil qoyublar.

Səfər çərçivəsində Azərbaycan səfiri, həmçinin “Souvenir Français” təşkilatının nümayəndələri ilə görüşüb.

Azərbaycan əsgərlərinin II Dünya Müharibəsində Fransanın azadlığı uğrunda Müqavimər Hərəkatında fransızlarla çiyin-çiyinə mübarizə apardığı vurğulanıb. Bugünkü Fransanın azadlığında azərbaycanlı əsgərlərin də payı olduğu diqqətə çatdırılıb.

Səfirliyin nümayəndə heyəti “Souvenir Français” təşkilatının yerli nümayəndə heyəti ilə birlikdə Ş. De Qolun evini, xatirə memorialını və muzeyini ziyarət ediblər.

Şarl de Qolun Bakı səfərinin şərəfinə, üzərində Azərbaycan gerbi və generalın Bakı səfərindən şəklinin əks olunduğu xüsusi hədiyyə generalın muzeyinə təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri