Icma.az
close
up
RU
Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... Detallar

Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... Detallar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun məlumatına görə, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur.

İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb.

“Konsern İnterturan”ın vitse-prezidenti Leyla Əhmədova sözügedən şirkətin rəhbəri olan atası Saday Əhmədovla əlbir olaraq Xətai rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının qanuni əsas və məhkəmə qərarı olmadan sökülməsini təşkil edib. Söküntü nəticəsində binada yaşayan 7 nəfər mülkiyyətçiyə 1 milyon manata yaxın ziyan dəyib.

Bundan başqa, L.Əhmədovanın torpaq sahəsinin satışını vəd etdiyi şəxsdən gələcək alqı-satqının avansı adı ilə 200 000 manat aldığı, əslində isə satmaq niyyətinin olmadığı və pulu şəxsi ehtiyaclarına xərclədiyi məlum olub.

Fotoda Leyla Əhmədova və atası Saday Əhmədov

Zərərçəkmişlərin şikayəti əsasında modelyer şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə), 186-cı (özgənin əmlakını qəsdən məhv etmə və zədələmə) və 309-cu (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, prokurorun təqdimatı əsasında L.Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin 3 avqust tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hakim Aygün Həsənovanın həbs qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Bir ay Bakı İstintaq Təcridxanasında qalan modelyer ötən gün Xətai Rayon Məhkəməsinin hakimi Elçin Nəsibovun qərarı ilə ev dustaqlığına buraxılıb.

Məhkəmə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq belə qərar çıxarıb.

Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ olan və şəxsin müəyyən məhdudiyyətlər çərçivəsində yaşayış yerini tərk etməsinə imkan verməyən qətimkan tədbiridir.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir, zəruri prosessual hərəkətlər həyata keçirilir.

Qeyd edək ki, Leyla Əhmədova barəsində həbs və ev dustaqlığı qərarları ilə bağlı ilk məlumatı “Qafqazinfo” yayıb. Xəbər dərc edildikdən sonra modelyer barəsindəki ittihamları təkzib edən açıqlamalar verib. O, məhkəmənin həbs qərarını da inkar edərək, ümumiyyətlə barəsində cinayət işi olmadığını iddia edib: “Yayılan məlumatın heç bir əsası yoxdur. Yanlış məlumatdır. Xaricdə idim, telefonum sönmüşdü. Belə bir şey olsaydı, prokurorluq özü məlumat yayardı”.

“Qafqazinfo” olaraq bildiririk ki, sözügedən xəbərlərimiz bir neçə mötəbər mənbə tərəfindən təsdiqlənib və müvafiq məhkəmə qərarlarına əsaslanır. Yəqin ki istintaq orqanı da tezliklə bu barədə məlumat yayacaq.

Leyla Əhmədovanın fərqli mövqeyi varsa, qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə müraciət edə bilər.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Sentyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri