Icma.az
close
up
RU
Leyla Əliyeva arxiyepiskopla görüşdü

Leyla Əliyeva arxiyepiskopla görüşdü

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əməkdaşlıq sahələri, o cümlədən gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında əməkdaşlıq 2012-ci ildən etibarən həyata keçirilir.

Görüşdə Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və təşəbbüslər, həmçinin Vatikan arxivindəki fondların rəqəmsal mühafizəsi sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən il Müqəddəs Taxt-Taca səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası və Apostol Arxivini ziyarət etdiyini xatırladaraq, ötən illər ərzində Azərbaycan və Vatikan arasında, eləcə də Heydər Əliyev Fondu ilə geniş əməkdaşlığın qurulduğunu bildirib.

Qonaq Azərbaycana səfəri zamanı bir sıra qurumlarda görüşlər keçirildiyini, müzakirələr zamanı Vatikan kolleksiyalarında Azərbaycanla bağlı qorunan nadir əlyazmaların müəyyənləşdirilməsi, təhlili, tərcüməsi və rəqəmsallaşdırılması məsələlərinin diqqət mərkəzində olduğunu deyib.

Bildirilib ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi ilə əməkdaşlıq çərçivəsində əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılmasına dair mövcud müqavilə üzrə Azərbaycanın tarixi və mədəni irsi, eləcə də türkdilli xalqların irsi ilə bağlı əhəmiyyətli əlyazmaların bərpası və rəqəmsallaşdırılması həyata keçirilib.

Ötən il Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında imzalanan anlaşma memorandumuna uyğun olaraq 2026-cı ildə azərbaycanlı alimlərdən ibarət nümayəndə heyətinin Vatikanda tədqiqatlar aparması nəzərdə tutulur. Tədqiqatlar Cənubi Qafqaz və Azərbaycan tarixi, eləcə də Ağqoyunlu və Səfəvi hökmdarlarının Roma papaları ilə diplomatik əlaqələrinə dair materialları əhatə edəcək.

Eyni zamanda, gələcəkdə azərbaycanlı tələbələrin Vatikanda kitabxanaçılıq və arxiv sahələri üzrə təhsil alma imkanları da müzakirə olunub.

Görüş zamanı Vatikan nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə olunub. Qonaqlar isə Vatikan arxivində XX əsrin əvvəlində Azərbaycan tarixinə aid saxlanılan sənədin surətini hədiyyə ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi, həmçinin Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanış olublar. Klassik avtomobillər sərgisinə ziyarət zamanı Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti

Anar Ələkbərov müxtəlif dövrlərə aid avtomobillər barədə qonağa ətraflı məlumat verib. Daha sonra qonaqlar su ehtiyatlarının qorunmasına çağırış edən "Mənim dənizlərim, mənim okeanlarım" sərgisi ilə tanış olublar. Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 İyun 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri