Icma.az
close
up
RU
Leyla Əliyeva COP29 çərçivəsində Ecumene Qlobal Forumunun plenar iclasında iştirak edib

Leyla Əliyeva COP29 çərçivəsində Ecumene Qlobal Forumunun plenar iclasında iştirak edib

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də "Ecumene" Qlobal Forumu tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan plenar iclasda çıxış edib.

Oxu.Az xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi COP29-un qlobal ekoloji problemlərin həllində rolu barədə danışan Leyla Əliyeva qəbul ediləcək qərarların dayanıqlı gələcək naminə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Leyla Əliyeva çıxışında Azərbaycanda su resurslarının dayanıqlı idarə edilməsinə dair bir sıra məqamlara toxunub. Ölkəmiz tərəfindən həyata keçirilən bir sıra tədbirlər, o cümlədən yaxın illər ərzində yaradılması nəzərdə tutulan 10 su anbarı barədə plenar iclas iştirakçılarına məlumat verilib.

Xəzər dənizində su səviyyəsinin son illər ərzində endiyini qeyd edən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Xəzərdə biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfədən çox endiyi bildirilib. Leyla Əliyeva qeyd edib ki, "Blue Marine Foundation" təşkilatı ilə əməkdaşlıq çərçivəsində Qızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan ərazi kimi seçilib.

Bununla yanaşı, Leyla Əliyeva çıxışında IDEA İctimai Birliyi tərəfindən su resurslarının mühafizəsi istiqamətində görülən tədbirlərə toxunub. Bildirilib ki, "Zəngin hövzələr" layihəsi çərçivəsində müxtəlif növ milyonlarla balıq körpəsi ölkə ərazisində yerləşən bir sıra su hövzələrinə buraxılıb. "Bir damcı" layihəsinin nəticəsi olaraq ictimaiyyətə suyun səmərəli istifadəsinin əhəmiyyəti barədə geniş məlumat verilib.

Qeyd edək ki, plenar iclasda, həmçinin BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart, Dünya İqtisadiyyatının Təhlili Mərkəzinin direktoru Ramon Piks-Madruqa, BMT-nin Ətraf Mühit Proqramının keçmiş icraçı direktoru Erik Solheym, Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, Çeçenistan Respublikası başçısının və hökumətinin administrasiyası rəhbərinin birinci müavini - Çeçenistan Respublikasının naziri Xədicat Kadırova və Ümumrusiya təbiətin mühafizəsi cəmiyyətinin Mərkəzi Şurasının sədri Vyaçeslav Fetisov iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Noyabr 2024 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri