Icma.az
close
up
RU
Leyla Əliyeva COP29da panel müzakirələrində iştirak edib FOTO

Leyla Əliyeva COP29da panel müzakirələrində iştirak edib FOTO

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 21-də IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) əməkdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Mühafizənin 60 ili: BTMİ-nin Qırmızı Siyahısı” mövzusunda panel müzakirələr təşkil olunub.
Bizim.Media xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva nəsli kəsilməkdə olan bioloji növlərin mühafizəsinin qlobal ekosistemin və biomüxtəlifliyin qorunmasında vacib rol oynadığını qeyd edib.
Leyla Əliyeva vurğulayıb ki, canlı orqanizmlərin məhv olunmasının qarşısının alınması beynəlxalq həmrəylik və əməkdaşlıq mühitində birgə addımların atılmasını tələb edən qlobal çağırışdır.
Sonra tədbir iştirakçılarına Cənubi Qafqazın zəngin təbiəti və buraya xas olan, lakin nəsli kəsilmiş bir sıra heyvan növləri barədə məlumat verilib.
IDEA İB tərəfindən 2011-ci ildən etibarən icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva bildirib ki, nadir canlıların qorunması, ölkəmizə xas nadir heyvan və bitki növlərinin mühafizəsi, eləcə də onların populyasiyasının bərpası təşkilatın əsas fəaliyyət istiqamətləri sırasında xüsusi yer tutur. IDEA İB-nin təsisçisi və rəhbəri BTMİ ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə geniş ictimaiyyətə təqdim olunmuş Qafqazın “Böyük Beşliyi” layihəsini qeyd edib. Bildirilib ki, Qafqaz bəbiri, ceyran, qonur ayı, boz canavar və imperator qartalının populyasiyasının qorunması və artırılması məqsədilə bir sıra addımlar atılıb.
 

Daha sonra Leyla Əliyeva qeyd edib ki, nəsli kəsilmiş zubrların populyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə 2017-ci ildən etibarən 46 zubr Avropanın müxtəlif ölkələrindən Şahdağ Milli Parkına gətirilib və 2028-ci ilədək zubrların sayının 100-ə çatdırılması nəzərdə tutulub. Eyni zamanda, ceyranların reintroduksiyası layihəsi və digər müvafiq tədbirlər nəticəsində ölkə ərazisində ceyran populyasiyasının 8 minə çatdırıldığı, eləcə də yüz minlərlə nərə balığı körpələrinin Xəzər dənizi və Azərbaycanın digər su hövzələrinə buraxıldığı bildirilib.


BTMİ-nin Şərqi Avropa, Şimali və Mərkəzi Asiya üzrə regional direktoru Oliver Avramoskinin moderatorluğu ilə keçirilən tədbir çərçivəsində çıxış edən BTMİ-nin baş direktoru Grethel Aguilar, “Conservation International” təşkilatının meşə strategiyası üzrə baş direktoru Jason Funk və “Birdlife International” təşkilatının baş meneceri Cathy Yitong Li BTMİ Qırmızı Siyahısında adları qeyd olunan canlıların mühafizəsi, eləcə də qlobal biomüxtəlifliyin birgə səylər və nəticəyönümlü fəaliyyətlər vasitəsilə qorunmasının əhəmiyyətinə dair fikirlərini müzakirə iştirakçıları ilə bölüşüblər.





Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:290
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri