Icma.az
close
up
RU
Leyla Əliyeva Əbu Dabidə İnsan Qardaşlığı Məclisi tədbirində iştirak edib

Leyla Əliyeva Əbu Dabidə İnsan Qardaşlığı Məclisi tədbirində iştirak edib

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fevralın 3-də Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində "İnsan Qardaşlığı Məclisi" ("Human Fraternity Majlis") adlı tədbirdə iştirak edib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olundu.

Sonra Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış etdilər.

Kardinal Corc Koovakad Papa XIV Leonun tədbir iştirakçılarına ünvanladığı məktubunu oxudu.

"Zayed İnsan Qardaşlığı Mükafatı" barədə videoçarx nümayiş olundu.

"Qadın liderliyi insan qardaşlığının təməlidir" adlı panel sessiyada İndoneziyanın keçmiş Prezidenti və Zayed mükafatı münsiflər heyətinin üzvü Meqavati Sukarnoputri, Livanın birinci xanımı Nehmat Aoun, Kolumbiyanın birinci xanımı Veronika Alkoser Qarsiya çıxış etdilər.

Panel sessiyada çıxış edən Leyla Əliyeva Azərbaycanda fərqli mədəniyyətlərə, dinlərə və ənənələrə hörmətin hər zaman həyat tərzinin ayrılmaz hissəsi olduğunu bildirdi. O, uşaqların mehriban mühitdə və ali ailə dəyərləri ilə böyüdüklərini, bunun isə onları gələcəkdə güclü şəxsiyyət kimi formalaşdırdığını vurğuladı. Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan Leyla Əliyeva fond tərəfindən təkcə Azərbaycanda deyil, həm də Pakistan, Gürcüstan, Bosniya və Herseqovinada bir çox məktəblərin tikildiyini və ya əsaslı təmir edildiyini bildirdi. Yeni texnologiyaların inkişafı ilə təhsil sisteminin də dəyişməsinin vacibliyini vurğulayan Leyla Əliyeva bu prosesin artıq başladığını dedi.

Leyla Əliyeva qeyd etdi ki, həm valideynlər, həm də müəllimlər uşaqlara daha çox dəyər verməli, onlara hörmətlə yanaşmalı, onları dinləməyi bacarmalıdırlar.

Uşaqların sosial medianın mənfi təsirlərindən qorumağın əhəmiyyətinə toxunan Leyla Əliyeva hazırda Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq yetkinlik yaşına çatmayanları zərərli məlumatlardan qorumağın yollarının araşdırıldığını bildirdi.

Tədbirdə, həmçinin Pakistanın birinci xanımı Aseefa Bhutto Zardari çıxış etdi.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Fevral 2026 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri